Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrda Səmərqənddə keçiriləcək sammitinə dəvət edib. Sammitə Suriya prezidenti Bəşər Əsədin də iştirakı gözlənilir.
Editor.az Rusiya mənbələrə istinadən xəbər verir ki, Ərdoğan və Əsəd Özbəkistanda ikitərəfli görüş keçirə bilər. Həmin məlumana görə, Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək tezliklə Suriyaya gedəcək, orada Bəşər Əsədlə görüşəcək və danışıqlar aparacaq.
Perinçəklə birlikdə bir neçə keçmiş nazir və “Türk diplomatiyasının veteranları” da Dəməşqə gedəcək. İştirakçıların dəqiq sayı və nümayəndə heyətinin tərkibi açıqlanmır. Səfər hesabatı Türkiyə səlahiyyətlilərinə təqdim olunacaq. Türkiyə nümayəndə heyəti 12 nəfərlik xüsusi təyyarə ilə gətiriləcək və bu, son on ildə Türkiyə hava limanından Dəməşqə ilk uçuş olacaq (2011-ci ildən iki ölkə arasında birbaşa uçuşlar həyata keçirilmir). Görüş zamanı əlaqələrin bərpası, Suriyanın şimalında terrora qarşı birgə mübarizə və qaçqınların geri qaytarılması məsələlərinin müzakirəsi planlaşdırılır. Analitiklərin fikrincə, əgər bu görüş “müsbət olarsa” o zaman Türkiyə və Suriya prezidentlərinin qarşıdan gələn ŞƏT iclası çərçivəsində görüşməsi mümkündür. Qeyd edək ki, avqustun əvvəlində n “Türkiyə” qəzeti Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədlə telefon danışığı apara biləcəyini yazmışdı. Türkiyə Xarici İşlər Nazirliyi isə danışıqlarla bağlı məlumatları təkzib edib. XİN rəhbəri Mevlut Çavuşoğlu Suriya ilə birbaşa təmasların indi “mümkün olmadığını” bildirib.
//Samir,Editor.az

