Ərdoğan və Putin arasında telefon danışığı olub: Nələr MÜZAKİRƏ EDİLDİ?backend

Ərdoğan və Putin arasında telefon danışığı olub: Nələr MÜZAKİRƏ EDİLDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya-Türkiyə münasibətlərini, eyni zamanda, Ukraynadakı vəziyyəti də müzakirə ediblər.

Türkiyə Prezidenti Ərdoğan bildirib ki, ən vacib məqamlardan biri Ukraynada atəşkəs razılaşmasının əldə olunması və humanitar dəhlizlərin yaradılmasıdır. Humanitar dəhlizlər vasitəsi ilə çətin vəziyyətdə qalan mülki şəxslərin təxliyəsini tez bir zamanda həyata keçirməyə ehtiyac var.

Türkiyə Prezidenti İstanbul görüşündə əldə olunan razılaşmaların vacibliyindən də bəhs edib.

“İstanbul görüşündə tərəflər arasında sülhün yaranması üçün mühüm addımlar atılıb. Biz sülh danışıqlarına sadiq qalmalı və bu danışıqları davam etdirməliyik”, – deyə Ərdoğan bildirib.

//Nəzərbəy, Editor.az