Ərdoğan və Putin Çində Ukrayna müharibəsini müzakirə etdilərbackend

Ərdoğan və Putin Çində Ukrayna müharibəsini müzakirə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-də Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub. Bu barədə Reuters məlumat yayıb.

Editor.az xəbər verir ki, məlumata görə, tərəflər Ukraynada davam edən müharibə ilə bağlı məsələləri müzakirə ediblər. Ərdoğan vurğulayıb ki, Ankara ədalətli və davamlı sülhün əldə olunması üçün səylərini davam etdirir, İstanbulda keçirilən danışıqlar isə bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin, Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında sülh prosesi, İsrailin Qəzzaya hücumları və Suriyadakı vəziyyət də müzakirə mövzusu olub.

//Samir Qurbanov, Editor.az