Ərdoğan Yunanıstana səsləndi: bunu etməsəniz, sizinlə işimiz olmayacaqbackend

Ərdoğan Yunanıstana səsləndi: bunu etməsəniz, sizinlə işimiz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Ankaraya qarşı gərginlik siyasətindən əl çəkməyə çağırıb.

Editor.az xəbər verir ki, o Antalya vilayətində istifadəyə verilən yeni obyektlərin açılışı mərasimində belə bir bəyanatla çıxış edib: “Biz 561 km mənzilli [raket] “Tayfun”u buraxdıq. Yunanıstanda bu, çaxnaşma yaratdı, yerli qəzetlər yazmağa başladılar ki, onlar (Türkiyə – red.) vuracaqlar. Əsas odur ki, siz Ege dənizinə bizi qıcıqlandırmayasınız.

Siz bunu etməyincə bizim sizinlə işimiz olmayacaq”, – Ərdoğan deyib. Xatırladaq ki, Türkiyənin “Tayfun” ballistik raketinin Qara dəniz üzərində sınaqları 2022-ci ilin oktyabrında keçirilib. Raket buraxıldıqdan sonra 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub. Ərdoğan ötən ay “Tayfun”un uçuş məsafəsinin 1000 km-ə qədər artırılacağını bildirmişdi. Onun bu sözləri “Tayfun”un işə düşməsi kimi Yunanıstanın mənfi reaksiyasına səbəb olub.

  //Samir Qurbanov, Editor.az