Ərdoğan Zəfər Günü ilə bağlı Azərbaycanı təbrik edibbackend

Ərdoğan Zəfər Günü ilə bağlı Azərbaycanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpağının hürriyətinə qovuşduğunu müjdələyən bu şanlı günü ən səmimi arzularımla təbrik edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə bağlı rəsmi “Twitter” hesabında yazıb.

Prezident bildirib: “Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.