Ərdoğan Zelenski ilə görüşübbackend

Ərdoğan Zelenski ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün getdiyi ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna prezidenti Zelenski ilə görüşüb.

Editor.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna-Rusiya müharibəsinin gedişatı, regional və qlobal məsələləri müzakirə ediblər.

Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini, Qara dəniz taxıl təşəbbüsünü yenidən canlandırılması üçün işlərə başladığını bildirib. .

Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazırdır.

//Samir Qurbanov, Editor.az