Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Editor.az-ın verdiyi xəbərə görə, danışıqlar zamanı Ukraynanın dünyada ərzaq sabitliyinin qarantı olması məsələsi bir daha vurğulanıb.
“Dövlət başçıları taxıl sazişinin növbəti dəfə uzadılmasını alqışlayıblar. Zelenski, “Ukraynanın “taxıl təşəbbüsü”nü dəstəklədiyinə görə Ərdoğana təşəkkür edib və Ukraynanın beynəlxalq ərzaq sabitliyinin qarantı olaraq qalacağına əminliyini bildirib.
Ərdoğan və Zelenski həmçinin təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər”, – mənbə bildirib.
//Samir Qurbanov,Editor.az

