Ərdoğan-Zelenski razılaşmasının faydaları…backend

Ərdoğan-Zelenski razılaşmasının faydaları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Ukrayna arasında imzalanan müqavilə strateji tərəfdaş olan iki ölkənin iqtisadi əlaqələrini, ticarət həcmini və yüksək texnologiyanın inkişaf səylərini daha da irəli aparacaq.

Bunu Türkiyənin “Baykar” şirkəti baş direktoru Haluk Bayraqdar Prezident Rəcəb Tayyib Ərdoğanın Kiyev səfəri zamanı imzalanan müqaviləni şərh edərkən deyib.

“Bu müqavilə artıq alqı-satqı deyil, iki ölkə arasında ortaq layihənin inkişafı və investisiya mühitinin yaradılması üçün mühüm addımdır. Ukrayna dövləti bütün türk şirkətlərinin yüksək texnologiya və aviasiya sahələrində investisiyaları üçün sipər yaradır”, – Bayraqdar söyləyib.

Razılaşma nəticəsində gömrük və vergi güzəştlərinin də olacağını deyən Bayraqdar mühüm layihələrin həyata keçiriləcəyinə işarə edib:

“İki ölkənin texnologiyanın müxtəlif istiqamətlərində ixtisaslaşdıqları sahələrdə bir-birindən öyrənməli çox şey var. İnanırıq ki, müqavilə ilə yaxın gələcəkdə dünya miqyasında adından söz etdirəcək çox mühüm layihələr hazırlanacaq”.

Qeyd edək ki, Ərdoğanla Zelenski azad ticarət zonası, gənclər siyasəti, vergi, standartlaşdırma, yüksək texnologiyalar, gömrük, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair sazişlər imzalayıblar.