Ərdoğana ŞOK MƏKTUB – Türkiyə bu biabırçılıqdan danışır…backend

Ərdoğana ŞOK MƏKTUB – Türkiyə bu biabırçılıqdan danışır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dekabrın 29-da Səudiyyə Ərəbistanında “Qalatasaray” – “Fənərbaxça” arasında keçiriləcək Superkubok finalı öncəsi yaşanan böhran nəticəsində matç ləğv edilib.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı türkiyəli yazar Melih Altınokdan şok iddia gəlib.

“Sizcə, bu gün meydana çıxıb “Hadisənin prezidentimizlə heç bir əlaqəsi yoxdur” deyən klub rəhbərləri niyə daha əvvəl bu məlumatı deməyə ehtiyac duymadılar?” – deyə sual verən Altınok indi “Fənərbaxça”nın prezidenti Ali Koçun dövlət başçısı Rəcəb Tayyib Ərdoğana izahat məktubları yazmaq məcburiyyətində qaldığına işarə edib.

Altınok “Sabah” qəzetindəki yazısında bunları qeyd edib:

tum-turkiye-gunlerce-o-rezilligi.jpg (57 KB)

“Ər-Riyaddakı şounun aktyorları, nəhayət, böhrandan sonrakı atmosfer dəyişdikdən sonra baş verənləri danışmağa qərar verdilər. Təbii ki, qurbanlar yenə özləridir. Halbuki, məsələn, Türkiyə Futbol Federasiyası kimlərsə “Himnimizi oxumadılar, Atatürkü anmağa icazə vermədilər” kimi yalanlarla ictimai rəyi qızışdırmağa çalışarkən faktları açıqlaya bilməzdimi? Yaxşı, sizcə, bu gün meydana çıxıb “Hadisənin prezidentimizlə heç bir əlaqəsi yoxdur” deyən klub prezidentləri niyə daha əvvəl bu məlumatı deməyə ehtiyac duymadılar?

Sözlərini deməyə cəsarətləri olsaydı, prezident Ərdoğana izahat məktubları yazıb, “Aramızda nifaq salmağa çalışırlar, əfəndim” deməli olmazdılar.

Bu arada mətbuatdan öyrəndiyimə görə, Fənərbaxçanın prezidenti Ali Koç cümə günü axşam qatıldığı televiziya proqramında bunları deyib: “Melih Altınokun “Cənab Ali, CHP-nin başına keçməyin vaxtı deyilmi?” sualına belə cavab verdim: Mənim, ümumiyyətlə, siyasətlə işim yoxdur. Dedim, olsa, üzümə tüpürün. Həmişə eyni mesajlar verilir. Hardansa düyməni basırlar. Niyə Fənərbaxça ilə, Ali Koçla probleminiz var?”

Bu, həyatdır. Bu gün əsəbiləşsə belə, vaxt keçdikcə məsləhətlərimin ağlına batdığını görəcəksiniz. Ali Koç açıq şəkildə siyasətə girir. Və unutsa belə, kimsə həmişə bu sözləri ona xatırladacaq. Necə deyərlər, böyük ye, böyük danışma”.

tum-turkiye-gunlerce-o-rezilligi (2).jpg (78 KB)

Qeyd edək ki, dekabrın 29-da “Qalatasaray”la “Fənərbaxça”arasında oynanılmalı olan “Türkcell Super Kuboku”nun finalı təxirə salınıb. Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün “Yurtta Sulh Cihanda Sulh” sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.

Bundan sonra müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və İstanbul Əkrəm İmamoğlu prezident Ərdoğanı günahlandırıblar.

Ərdoğan isə yerli seçkilər öncəsi təxribat xəbərdarlığı edib: “Seçki prosesi başlayıb, əməliyyatlar başlayıb. Vətənimizin hər qarışı qana bulanan torpaqlarında əməliyyat etməyə çalışanlara meydanın boş olmadığını və millətimizin öz müstəqilliyinə, gələcəyinə möhkəm bağlı olduğunu göstərmək bizim borcumuzdur.  Ər-Riyadda baş verən hadisə sizə heç nə qazandırmayacaq”

Türkiyəli köşə yazarı Abdülkadir Selvi Türkiyə liderinin bu xəbərdarlığının “Fənərbaxça”nın prezidenti Ali Koç üçün olduğunu iddia edib.