Ərdoğandan Ermənistandakı siyasi vəziyyətə REAKSİYAbackend

Ərdoğandan Ermənistandakı siyasi vəziyyətə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, o, hər cür çevrilişə qarşı olduqlarını deyib:

“Çevrilişi qəbul etməyimiz xüsusilə mümkün deyil.

Bunu burada açıq şəkildə deməliyəm, əsgərin müdaxilə edərək çevrilişə cəhdi qəbuledilməzdir. Məsələ burasındadır ki, idarəetmə dəyişikliyi olarsa, bunu Ermənistan xalqı edər. Artıq erməni xalqı buradakı rəhbərlik və idarəetmədən bezmiş vəziyyətə düşüb. Xalq artıq özü Paşinyanı hakimiyyətdən salacaq vəzyyətdədir”.

Xocalı soyqırımını anan Türkiyə lideri ermənilərin yüzlərlə günahsız insanı qətlə yetirməsini kəskin qınayıb:

“Bir gecədə tanklarla, toplarla hücuma keçərək, Xocalıda insanların qətlə yetirilməsi qəbuledilməzdir. Bununla Ermənistan əsas mahiyyətini ortaya qoyub”.