Ərdoğandan Finlandiyaya “yaşıl işıq”backend

Ərdoğandan Finlandiyaya “yaşıl işıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb.

Qərar bu gün “Resmi Qazete”də dərc olunub.

Sənədə əsasən, Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış protokol bu gün qüvvəyə minir.

Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Finlandiya Xarici İşlər Nazirliyi qərarın qəbulundan sonra “Twitter” hesabında təşəkkür edib:

“Təşəkkürlər! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”, – deyə qurumdan bildirilib.