Ərdoğandan Fransanın Ermənistanı silahlandırmasına reaksiyabackend

Ərdoğandan Fransanın Ermənistanı silahlandırmasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi Fransa Ermənistanı silahlandırır. Belə ki, Fransa yenə Ermənistana “Arquus” şirkəti tərəfindən istehsal olunan 50 ədəd “Bastion” zirehli maşın göndərəcək. Fransa əvvəl Ukraynaya təklif etdiyi “Bastion” zirehli maşınlarından qurtulmağın yollarını axtarır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırması məsələsinə münasibət bildirib. Bu barədə Yunanıstandan səfərdən qayıdarkən jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, Fransanın etdikləri sadəcə təhrikdir.

“Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə pislik edir. Daha əvvəl Fransa Ermənistana çox sayda dəstək verdi. Hər hansı nəticə əldə etmədi. Fransa yenə Ermənistanı təhrik edir. Zirehli texnikalar göndərsə belə nə olacaq? Hər hansı nəticə əldə edə bilməyəcək. Çünki artıq burada öz torpaqlarında işğala son qoyan bir Azərbaycan var”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, “Bastion” zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb.