Ərdoğandan İsveçdə Qurani-Kərimin yandırılmasına reaksiya: “Bizdən xeyirxahlıq gözləməsinlər”backend

Ərdoğandan İsveçdə Qurani-Kərimin yandırılmasına reaksiya: “Bizdən xeyirxahlıq gözləməsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdə Türkiyə və İslam əleyhinə olan təxribatlara sərt reaksiya verib.

Editor.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən prezident Ərdoğan deyib ki, heç bir şəxsin müsəlmanların müqəddəslərini və digər dini inancları təhqir etmək azadlığı yoxdur: “İsveçdəki çirkin hərəkət, başda müsəlmanlar olmaqla, insanların əsas hüquq və azadlıqlarına hörmət edən hər kəsə təhqirdir. Səlib yürüşlərindən bəri Avropada İslam və türk anlayışının eyniləşdirildiyini bilirik və bir millət olaraq bununla fəxr edirik. Allahın himayəsində olan Qurani-Kərim bir səlibçi qalığının onun nüsxəsini yandırması ilə zərər görə bilməz”.

Ərdoğan qeyd edib ki, Türkiyə səfirliyinin qarşısında belə biabırçılığa səbəb olanlar NATO-ya üzvlük ərizələri ilə bağlı onlardan heç bir xeyirxahlıq gözləməməlidirlər: “Əgər onlar terror təşkilatının üzvləri və İslam düşmənlərini bunu bu qədər sevirlərsə, öz ölkələrinin müdafiəsini özlərinə həvalə etməyi tövsiyə edirik”.

//Samir Qurbanov, Editor.az