Ərdoğandan Şimaili Kipr açıqlaması: “Azərbaycan da bizimlə eyni fikirdədir”backend

Ərdoğandan Şimaili Kipr açıqlaması: “Azərbaycan da bizimlə eyni fikirdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında, iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısında ŞKTC-nin iştirakı ilə bağlı sualı cavablandırıb.

ŞKTC-nin Türkiyənin gözündə TDT-nin tamhüquqlu üzvü olduğunu vurğulayan Ərdoğan, türk dövlətləri ilə birlikdə ŞKTC-ni tamhüquqlu üzvlüyə daşımağa çalışdıqlarını bildirib.
“Bizim nəzərimizdə ŞKTC artıq Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvüdür. Türk dövlətlərinin, xüsusən də Azərbaycanın bu məsələyə yanaşması, demək olar ki, bizimlə eynidir. Şuşada baş tutan Zirvə toplantısında ŞKTC də iştirak etdi. Dostlarımız Cevdet bəy və Hakan bəy də zirvədə idilər. Növbəti mərhələlərdə ŞKTC-ni tam üzvlük nöqtəsinə necə gətirəcəyimizi düşünürük. TDT dövlətləri arsında münasibətlərimizin ən yüksək olduğu dövlətlərlə bunu müzakirə edirik.

ŞKTC prezidenti Ersin bəyin də o dövlətlərin prezidentləri ilə əlaqələrini yaxşılaşdırırıq”. Deyə Ərdoğan bildirib.

//Samir Qurbanov, Editor.az