Ərdoğandan vacib HATAY MESAJI: “Mustafa Kamalı və …”backend

Ərdoğandan vacib HATAY MESAJI: “Mustafa Kamalı və …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Ərdoğan Hatayla bağlı paylaşım edib.

Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ərdoğan paylaşımla bunları yazıb:

“Əsrlər boyu sivilizasiyalara ev sahibliyi edən Hatayımızın vətənə qovuşmasının 84-cü ildönümünü təbrik edirəm.

Davam etdiyimiz gərgin işlərlə Hatay da daxil olmaqla, 11 vilayətdə 6 fevral zəlzələlərinin vurduğu yaraları sağaldırıq.

İnşallah çox qısa zamanda qədim şəhərimiz Hatayımızı yenidən qurub canlandıracaq, hataylı qardaşlarımızın hər cür problemlərini həll edəcəyik.

Bu münasibətlə Hataya verdiyi önəmi “mənim şəxsi işim” deyərək açıq şəkildə nümayiş etdirən Qazi Mustafa Kamalı və bu milli davada əməyi keçən hər kəsi rəhmət və minnətlə yad edirəm.

Bütün hataylı qardaşlarımı ən səmimi hisslərimlə salamlayıram”.