Ərdoğanın bəyanatı dünyanı çaş-baş qoyubbackend

Ərdoğanın bəyanatı dünyanı çaş-baş qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ştatlar Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına niyə etiraz etdiyini öyrənməyə çalışır”.

Editor.az-ın xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki bildirib. “Bəli, biz Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışırıq. Hesab edirəm ki, heç bir şübhə yoxdur və siz bunu bir sıra NATO liderlərinin açıq bəyanatlarından da görmüsünüz.

Alyans ölkələrindən Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə geniş dəstək var”, – Psaki əlavə edib. Bundan başqa, ABŞ dövlət katibi Entoni Blinkenin həftə sonu NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında Alyansdakı həmkarları, o cümlədən Türkiyənin xarici işlər naziri ilə görüşməsi də planlaşdırılır. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü NATO üzvü olan ölkəsinin İsveç və Finlandiyanın Alyansa daxil olmaq planlarını müsbət qiymətləndirmədiyini bildirib. O, Skandinaviya ölkələrini “terror təşkilatlarının vətəni” adlandırıb. İsveçdə Türkiyənin bu cür mövqeyindən çaş-baş qaldıqları, Finlandiyada isə səbirli olmağı, problemin həllinə ümid etdiklərini bildiriblər.

  Editor.az