Ərdoğanın bu addımı gündəm oldubackend

Ərdoğanın bu addımı gündəm oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasiminə gedərkən yolda maraqlı anlar yaşanıb.

Ərdoğan avtomobilindən düşərək onu 2 saatdan çox yağış altında əllərində bayraqla gözləyən 10 yaşlı Kübra Ateş və 6 yaşlı Metehan Ateşi salamlayıb. Bacı-qardaşla söhbət edən prezident onlara hədiyyələr verib.

Kübra Ateş sevincini bölüşüb: “Tayyib babamı gördüm. Çox xoşbəxtəm. Tayyib babamı yolda görəndə əlimi yellədim, durdu. Yanağımdan öpüb mənə hədiyyə verdi”.

musavat.com