Ərdoğanın İsveç baş nazirindən tələbi: “Bu şəxsi dərhal…”backend

Ərdoğanın İsveç baş nazirindən tələbi: “Bu şəxsi dərhal…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğan İsveçin NATO-ya üzv olması qarşılığında tələb irəli sürüb. O bunu İsveç baş naziri Anderssona deyib.

Teleqraf.com xəbər verir ki, İsveç mediasına danışan mənbələr belə iddia ilə çıxış ediblər.

Prezident Ərdoğan son həftələrdə verdiyi açıqlamalarda İsveç və Finlandiyanın terrorla bağlı mövqeyinin aydın olmadığını bildirib.

İsveçin ən çox oxunan qəzetlərindən “Expressen”ə danışan bəzi mənbələr Prezident Ərdoğanın Maqdalena Anderssona məsələ ilə bağlı tələbini açıqlayıb. Qəzetə danışan mənbələr Ərdoğanın İsveçin müdafiə naziri Peter Hultqvistin vəzifəsindən azad edilməsini tələb etdiyini bildirib.

Hultqvistin 10 il əvvəl, 2011-ci ildə terror təşkilatı PKK-nın yaranmasının 33-cü ildönümü ilə bağlı keçirilən “bayramlarda” iştirak etdiyi bildirilir. O vaxt sosial-demokratlardan deputat olan Hultqvistin qatıldığı tədbir böyük böhran yaratmışdı.

Hultqvist bildirib ki, tədbirə qatılma səbəbi kürd qruplarına dəstəyini göstərmək olub.

“Expressen”ə danışan mənbə İsveç və Türkiyədən nümayəndə heyətlərinin görüşdüyünü və “Türkiyə Hultqvistin müdafiə nazirliyindən uzaqlaşdırılmasını istəyir” deyib.

Hultqvist PKK terror təşkilatına yaxınlaşaraq 28 sentyabr 2012-ci ildə gündəmə gəlib. Həmin dövrdə Hultqvistin tabeliyində işləyən Evin Çətinin terror təşkilatı PKK-lılarla birgə görüntüləri ortaya çıxıb. Çətin iki ölkə arasında gərginlik yaradan görüntülərdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Mövzu ilə bağlı qəzet müdafiə naziri Hultqvista bəzi suallar verib. Hultqvist deyib ki, sülhdən başqa heç nəyi dəstəkləməyib və terrorun əleyhinədir.