Ərdoğanın İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı bəyanatına İsveçdən reaksiyabackend

Ərdoğanın İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı bəyanatına İsveçdən reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Ann Linde bütün NATO üzvlərinin Alyansa qoşulmaq üçün onların müraciətlərini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Bu barədə Editor.az SVT-ə istinadən məlumat verir. “Nə NATO səfirləri, nə də alyansa üzv 30 ölkədən heç biri belə bir şey təqdim etməyib. Ümid edirəm ki, biz hər şeyi müzakirə edə bilərik və NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlsək, bütün ölkələrdən dəstək alaçağıq”, – Linde belə deyib. “Bu tip proseslərdə bir az səbr lazımdır, bu, bir gündə baş vermir… Gəlin, problemləri addım-addım həll edək”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Finlandiya və İsveçlə bağlı qərarlarına müsbət baxmadığını bildirib. Onun sözlərinə görə, hazırda Finlandiya və İsveç “bir çox terror təşkilatlarının üzvlərinin vətəni” rolunda çıxış edir. Bilindiyi kimi, namizəd dövlət Alyansa üzv ola bilmək üçün bütün 30 üzv dövlətin yekdil dəstəyini qazanmalıdır.

Editor.az