Ərdoğanın mərasimində diqqət çəkən an: Paşinyan bunu gözləmirdi – FOTObackend

Ərdoğanın mərasimində diqqət çəkən an: Paşinyan bunu gözləmirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Ankarada Külliyədə keçirilən andiçmə mərasimində bir neçə məqam diqqət çəkib.

Mərasim zalında ön sırada Azərbaycan Prezidenti İlham Əliyevin, onun tam arxasında isə Ermənistanın Baş naziri Nikol Paşinyanın əyləşdirilməsi müzakirələrə səbəb olub.

Türkiyə Prezidentinin ölkə liderlərilə görüşərkən ilk İlham Əliyevlə görüşü və bunun Külliyədə böyük alqışlarla müşayiət olunması, onun ardında Nikol Paşinyanla əl sıxması xüsusi maraqla qarşılanıb.

Bu məsələ sosial şəbəkələrin Türkiyə seqmentində Ermənistana açıq mesaj şəklində dəyərləndirilib və əksəriyyət tərəfindən təqdir edilib.

Qeyd edək ki, iyunun 3-ü Ankarada yerləşən Prezident Külliyəsində Rəcəb Tayyib Ərdoğanın rəsmi andiçmə mərasimi keçirilib.

//globalinfo.az

 

Ayşən Mustafa