Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Editor.az report-a istinadən xəbər verir ki, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.
Z.Sırakaya YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.

