Ərdoğanın növbəti Qarabağ səfərində verəcəyi bəyanatlar böyük maraqla gözlənilir- Millət vəkilibackend

Ərdoğanın növbəti Qarabağ səfərində verəcəyi bəyanatlar böyük maraqla gözlənilir- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş torpaqlarımıza, Şuşaya səfər edən ilk xarici ölkə prezidentidir. Eyni zamanda, Türkiyə 44 günlük Vətən müharibəsinin başladığı ilk andan etibarən qeyri-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləyən və sonuna qədər yanında olan birinci dövlətdir. Türkiyənin Azərbaycana verdiyi dəstək və Azərbaycanın qardaş ölkəyə olan etibarı, birlikdə reallaşdırdıqları beynəlxalq layihələr, əldə etdikləri uğurlar onu deməyə imkan verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da inkişafında Türkiyə yaxından iştirak etmək niyyətini ortaya qoyub”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana  gəlişini Editor.az-a şərh edərkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Qarabağa qayıdış və yenidənqurma proqramında türk şirkətləri ilk günlərdən yaxından iştirak etməyə başladılar:

” Rəcəb Tayyib Ərdoğan Azərbaycana oktyabrın 26-da baş tutacaq növbəti səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, “Zəfər yolu”nun açılışında, bəzi təməlqoymalarda yaxından iştirak edəcək. Bu görüş zamanı veriləcək bəyanatlar xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, Cənubi Qafqazda yeni reallıqların yaranması fonunda cənab Ərdoğanın Qarabağa səfərləri və öz çıxışlarında verdiyi açıqlamalar böyük maraqla gözlənilir.  Qardaş ölkə Prezidentinin Türkiyə dövləti, milləti adından şərəfli və qürurlu anlarında Azərbaycanın yanında olması çox təqdirəlayiq və əhəmiyyətlidir”.

//Gülnarə Abasova, Editor.az