Ərdoğanın seçkilərdə qalib gəlməsi türk lirəsini aşağı saldı – Bloombergbackend

Ərdoğanın seçkilərdə qalib gəlməsi türk lirəsini aşağı saldı – Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra türk lirəsi xeyli dəyər itirib.

Editor.az Bloomberg-ə istinadən xəbər verir ki, lirə ABŞ dollarına nisbətdə 0,3% ucuzlaşaraq 20,03-ə qədər rekord həddə çatıb. Analitiklər türk valyutasının çökməsini Rəcəb Tayyib Ərdoğanın qələbəsinin investorları dövlətin bazarlar üzərində sərt nəzarətinin zəifləməyə başlayacağına dair hər hansı əlamətlər axtarmağa məcbur etməsi ilə izah edirlər.

Wall Street lirənin daha da zəifləyəcəyini yazır. Morgan Stanley dolların əvvəllər düşünüldüyündən daha tez 26 lirəyə düşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Analitiklər hesab edir ki, Türkiyə Prezidenti ilin sonuna qədər faizləri aşağı saxlamaq siyasətini davam etdirsə, dollar 28 lirəyə çatacaq.

//Gülnarə Abasova, Editor.az