Ərdoğanın “sirr küpü” niyə XİN başçısı oldu? – SƏBƏBbackend

Ərdoğanın “sirr küpü” niyə XİN başçısı oldu? – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Yüz ilin kabinəsi” adlandırılan yeni hökuməti açıqlandı: Azərbaycanda məşhur olan xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, müdafiə naziri Hulusi Akarın yerinə Baş qərargah rəisi Yaşar Gülər gətirildi.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı fikirlərini bölüşüb.

A.Nərimanlı qeyd edib ki, Hakan Fidan Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.

“Ərdoğanın “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırdığı” Hakan Fidan xarici siyasətinin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda mediada məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.

Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri var”.

//globalinfo.az