Ərdoğanın sözçüsü Ermənistanı təriflədi – səbəb…backend

Ərdoğanın sözçüsü Ermənistanı təriflədi – səbəb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə – Ermənistan münasibətlərinin normallaşması prosesində müsbət irəliləyiş var”.

Editor.az baku.tv-yə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.

“Nikol Paşinyan bütün çətinliklərə, müxalifətin və diasporun təzyiqinə baxmayaraq, bu prosesi yaxşı idarə edir”, – deyə o bildirib.

“Erməni diasporu bu prosesə dəstək olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq”, – deyə İ.Kalın əlavə edib.