“Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var, çünki…”backend

“Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türk Şurası Liderlər Zirvəsində çıxışı zamanı həm Azərbaycanı Dağlıq Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik etdi və həmkarlarına məsləhət gördü ki, hamılıqla birlikdə Azərbaycanın yanında olaq, həm də Ramazan bayramından sonra Şuşaya gələcəyini, Şuşada yeni bir bayram yaşayacağını bəyan etdi”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var. Rusiyanın və Kreml sahibinin Qarabağdakı “planlarını” Türkiyə və Ərdoğan poza bilər. Kreml Qarabağda qarşısında Türkiyəni görməlidir, əks halda Azərbaycan torpaqlarında hərbi baza qurmağa çalışacaq. Buna yol vermək olmaz. İnanıram ki, Türkiyə Cumhurbaşqanının Şuşada verəcəyi mesajlar arasında bu da olacaq”, – deyə politoloq xüsusi qeyd edib.

Qeyd edəki ki, R.T. Ərdoğan Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətində olduğunu deyib.

//Editor.az

Loading...