Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı…backend

Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sətirlər arasında olan hər şeyi diqqətlə incələyərək belə nəticəyə gələ bilərik ki, Türkiyə tərəfi Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib, Ermənistan isə buna “Sülh qovşağı” ilə cavab verib.

Editor.az  axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyədəki erməni qəzeti “Aqos” Ərdoğanla Paşinyan arasında Nyu Yorkda keçirilən görüşü şərh edərkən qeyd edib.

“Bu kontekstdə irəliləyiş olub-olmadığını anlamaq çətindir. Ancaq videogörüntülərə baxanda deyə bilərik ki, Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edəndə görüşün əvvəlində üzlərdəki gərgin ifadə dəyişib. Hətta Ermənistanda hədiyyə olaraq kitab alan Paşinyanın ilhamlı siması tənqid mövzusuna çevrilib”, – qəzet bildirib.

Nəşr vurğulayıb ki, Türkiyə Ərdoğan-Paşinyan görüşünün Türk Evində keçirilməsini diplomatik uğur hesab etdiyini qeyd edir və Ankaranın yaydığı bəyanatda məhz Ərdoğanın Paşinyanı qəbul etdiyini xüsusi vurğulanır.

“Görüşdən sonra heç bir təfərrüat verilməyib, yalnız bildirilib ki, tərəflər danışıqları ilkin şərt olmadan davam etdirəcəklər. Bununla belə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının asanlaşacağını bildirir. Bu, artıq ilkin şərtdir”, – yazıda qeyd olunub.