Ərdoğanla Putin arasında növbəti telefon danışığı olubbackend

Ərdoğanla Putin arasında növbəti telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub. Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan prezidentlərin görüşü üçün Ankara və İstanbul şəhərlərini təklif edib. O qeyd edib ki, ortaq məxrəcə gəlmək üçün bəzən liderlərin də görüşməsi zəruridir. Ərdoğan eyni zamanda daimi atəşkəs məsələsinə və müharibədən əziyyət çəkənlərin humanitar vəziyyətinə toxunub.

//Editor.az