Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Editor.az xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan ortaq hədəflərə çatmaq, xüsusi ilə təbii qaz mərkəzinin yaradılması təklifi ilə bağlı heyətlərin ən qısa zamanda texniki, hüquqi və iqtisadi qiymətləndirmələr aparacaqlarını deyib.
Prezident Ərdoğan və Putin arasında telefon danışığı zamanı eyni zamanda regional məsələlər, xüsusilə Türkiyə-Rusiya münasibətləri və taxıl dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Rusiya prezidenti Putinə taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən canlandırılması lazım olduğunu bildirib. O qeyd edib ki, Rusiya və Amerika Kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmaslarının bölgədə gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını bildirib.
Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verən Rusiya prezidenti Putinə təşəkkür edib.
//Samir Qurbanov, Editor.az

