Ərdoğanla Ruhani arasında KRİTİK MÜZAKİRƏ: Regional məsələlər və yeni administrasiya…backend

Ərdoğanla Ruhani arasında KRİTİK MÜZAKİRƏ: Regional məsələlər və yeni administrasiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışı baş tutub.

Editor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, liderlər bir-birini Qurban bayramı münasibətilə təbrik ediblər.

Həmçinin söhbət zamanı iki ölkə arasında münasibətlər, bölgədəki məsələlər müzakirə mövzusu olub.

Ərdoğan Ruhani ilə bu günə qədər yürütdükləri yüksək səviyyəli iş birliyinin və yaxın dialoqun İranda hakimiyyətə gələcək yeni administrasiya ilə də inkişad etdirərək davam ediləcəyinə inandığını vurğulayıb.