Yaxın vaxtlarda Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.
Editor.az axar.az-a istinadən bildirir ki, Türkiyə mediası görüşün aprelin sonunda Ağ Evdə keçirilməsinin planlaşdırıldığını yazıb.
Qeyd edək ki, Ərdoğan və Tramp arasında telefon danışığı 16 martda baş tutmuşdu.