Ərdoğanla Zelenski arasında Pototski sarayında görüş keçirilirbackend

Ərdoğanla Zelenski arasında Pototski sarayında görüş keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.

Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Antonio Quterreş Lvovda Zelenski və prezident Ərdoğanla üçtərəfli görüş keçirəndən sonra avqustun 19-da Odessaya gedəcək.

Quterreş Ərdoğanın dəvəti ilə Ukraynaya səfərindən sonra avqustun 20-də, şənbə günü Ukrayna taxılının daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinə baş çəkəcək.