Ərəb ölkələrindən Entoni Blinkenə “tərs sillə”backend

Ərəb ölkələrindən Entoni Blinkenə “tərs sillə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken, İsrail və Fələstin arasındakı hərbi münaqişənin həlli üçün Səudiyyə Ərəbistanına səfəri zamanı “ərəb dünyası liderlərinin şiddətli müqaviməti ilə üzləşib”. Editor.az bildirir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

Danışıqlar zamanı Blinken Yaxın Şərq liderlərini Fələstinin “HƏMAS” hərəkatının İsrailə qarşı hücumlarını pisləməyə inandırmağa çalışıb. Bununla belə, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman, əksinə, İsraili “Fələstin xalqının qanuni hüquqlarına çatması” üçün “Qəzza zolağındakı mühasirəni” ləğv etməyə çağırıb”, – nəşr qeyd edir. Yaxın Şərq turu çərçivəsində Antoni Blinkenin üç vəzifəsi var idi:

İsrail və HƏMAS arasında münaqişənin bütün Yaxın Şərqə yayılmasının qarşısını almaq, Qəzza zolağına götürülən girovların problemini həll etməyə çalışmaq və onların problemlərini qismən yüngülləşdirmək. Qeyd edək ki, Entoni Blinken və Məhəmməd bin Salman arasında görüş oktyabrın 15-də baş tutub. Əvvəlcə görüşün oktyabrın 14-ü axşam saatlarında olacağı planlaşdırılırdı, lakin Məhəmməd bin Salman görüşə yalnız səhər saatlarında gəlib.

WP yazır ki, ABŞ dövlət katibi ilə görüşün lap əvvəlində Səudiyyə şahzadəsi “Qəzzanın mühasirəsini” aradan qaldırmağın və İsrailin “günahsız insanların həyatına son qoymuş” hərbi əməliyyatlarını dayandırmağın vacibliyini vurğulayıb. Nəşrin yazdığına görə, daha böyük fikir ayrılıqları Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar zamanı yaranıb. O, İsrailin hücumlarının “özünümüdafiə haqqını” aşdığını və “kollektiv cəzaya” çevrildiyini bildirib.

//Samir Qurbanov, Editor.az