Türkiyənin Trabzon şəhərinin Çaykara rayonunda turizm mərkəzi olan Uzungöldə 4 ərəb turistin mindiyi elektrik qolf arabası gölə düşüb.
Ətrafdakılar tərəfindən sudan çıxarılan turistlərdən biri yüngül xəsarət alıb.
Editor.az xəbər verir ki, qəza dünən səhər saatlarında rayonun dünyaca məşhur turizm mərkəzi olan Uzungöldə baş verib. Körfəz ölkələrindən tətilə gələn 4 turist səhər yeməyindən sonra göl sahilində gəzintiyə çıxmaq üçün elektrikli qolf arabası kirayələyib.
A.K.A-nın idarə etdiyi qolf arabası gəzinti zamanı idarəetmədən çıxaraq gölə aşıb. Ətrafdakılar tərəfindən sudan çıxarılan turistlərdən biri yüngül xəsarət alıb.
Hadisə yerinə jandarma və təcili tibbi yardım briqadası sövq edildi. Yaralı turist ehtiyat tədbiri olaraq təcili yardım maşını ilə Of Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
//Samir Qurbanov, Editor.az

