“Ərəblərlə bağlı məsələdə məsuliyyəti kimin daşıdığı hər kəsə bəllidir” – Naqif Həmzəyevbackend

“Ərəblərlə bağlı məsələdə məsuliyyəti kimin daşıdığı hər kəsə bəllidir” – Naqif Həmzəyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblərdən Azərbaycana turistlərin gəlməsinə icazə yoxdur. Lakin bütün qadağaların fonunda ərəb şeyxləri tərəfindən nadir heyvanların ovlanması kimi bir hadisənin baş verməsi onu deməyə imkan verir ki, işlərinə məsuliyyətsiz yanaşan məmurlar var”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

O bildirib ki, bu hadisədə məsuliyyəti kimin daşıdığı hər kəsə bəllidir. “Üstəlik, pandemiya dönəmində belə bir səhlənkarlığa yol verildiyinə görə aiddiyatı qurumlar məsuliyyətlərini dərk etməli, onlar mütləq cəzalandırılmalıdır. İşlərinə məsuliyyətsiz yanaşan məmurlar, hesab edirəm ki, bir daha nadir heyvanların ovlanmasına şərait yaratmazlar. Belə hal yenidən təkrarlanmamalıdır”.

 

 

Qeyd: Bir neçə gün öncə, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnası, o cümlədən ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları ovlayıblar. Bundan başqa, sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb. Ərəblərin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqları olduğu bildirilir. K.Heydərov isə reaksiya verməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərəbləri cərimələyib.