28 yaşlı amerikalı qadın ərinin ona xəyanət etdiyini bilsə də göz yumurdu. Lakin son hadisə hər şeyi dəyişdi.
Lent.az-ın xəbərinə görə, Arizona ştatında yaşayan qadın ərinin ona ən yaxın rəfiqəsi ilə aldatdığını isə rəfiqəsinin uşağı dünyaya gələrkən öyrənib.
Körpəni çimizdirmək üçün gənc anaya kömək edən qadın uşağın bədənindəki xalın ərindəki ilə eyni olduğunu görüb. Səbəbini soruşduqda isə, ər hər şeyi etiraf edib.
Qadın bu dəfə ərindən ayrılsa da, onu bağışlayıb və uşaqların xatirinə şəxsi münasibətləri kəsməməyə qərar verib. Qadın onu aldatmış rəfiqəsini də bağışlayıb, hətta onu qalmağa yeri olmadığı üçün evinə gətirib. Bu addımın səbəbini isə belə izah edib: “mən işdən xəbər tutanda Allaha dua etdim. İçimdən bir hiss mənə dedi ki, insanın ən çətin anda belə həyata baxış bucağı geniş olmalıdır. Siz kimisə bağışlasanız, qəlbiniz rahatlıq tapacaq”.

