Türkiyənin Adana şəhərində bir qadının ərinə əsəbiləşərək evi yandırdı.
Yanğın zamanı özü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İddiaya görə, 40 yaşlı Qoncagül əri Məhəmmədə əsəbiləşərək evini yandırıb. Özü də evdə qaldı. Yanğını görən vətəndaşlar vəziyyəti yanğınsöndürənlərə xəbər veriblər. Bu arada evdə partlayışlar baş verərkən, yuxarı mərtəbədəkilər öz imkanları ilə evdən çıxa biliblər.
//Samir Qurbanov, Editor.az

