20 gün əvvəl həyat yoldaşı tərəfindən 32 yerindən bıçaqlanan bloger Merve Veziroğolunun səhhəti yaxşılaşıb.
Bu barədə bloger instaqramda məlumat verib. Xəstəxanadan paylaşım edən Merve möcüzəvi şəkildə sağ qaldığını deyib.
“Dualarınız və sevginiz mənə çatdı. Çox sağ olun. Möcüzə nəticəsində sağ qaldım. Əvvəlki kimi olmağım üçün vaxt lazımdır. Sizə demək istədiyim o qədər çox şey var ki, bir az da özümü toparlamalıyam. Əməliyyatım üçün xeyirxah qəlbli insanlar, dualarınızı gözləyirəm”, – Merve qeyd edib.
Publika.az





