Erkan Tan: “Fransa demokratik dəyərlərdən öz maraqlarına uyğun şəkildə istifadə edir”backend

Erkan Tan: “Fransa demokratik dəyərlərdən öz maraqlarına uyğun şəkildə istifadə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransada azərbaycanlı jurnalistlərə qarşı təşkil edilmiş hücumu qətiyyətlə pisləyirik. Bu yalnız azərbaycanlı qardaşlarımıza qarşı deyil, eyni zamanda söz və mətbuat azadlığına qarşı törədilmiş bir hücumdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Türkiyənin tanınmış televiziya aparıcısı Erkan Tan deyib. Onun sözlərinə görə, başqa ölkərə demokratiyadan dərs keçməyə çalışan Fransanın özü insan hüquqlarına, media azadlığına inanmır və hörmət etmir: “Fransa bu dəyərlərdən yalnız öz maraqlarına uyğun şəkildə istifadə edir. Biz Türkiyə olaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanla əbədiyyətə qədər birlikdəyik. Qardaşlarımıza qarşı edilən bu hücum qəbuledilməzdir”.

Tanınmış jurnalist qeyd edib ki, Fransanın son davranışları sübut edir ki, Ermənistanın sahibi, tökdüyü bütün qanların, etdiyi zülmlərin himayədarı məhz Fransadır.

//Editor.az