“Erkin Qədirlinin radikal müxalif yanaşması Milli Məclisə keçirilən seçkilərə kölgə sala bilməz”- Azər Badamovbackend

“Erkin Qədirlinin radikal müxalif yanaşması Milli Məclisə keçirilən seçkilərə kölgə sala bilməz”- Azər Badamov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erkin Qədirlinin Milli Məclisə keçirilmiş seçkilərin demokratik olmaması ilə bağlı fikiri tamamilə yanlış və reallıqdan uzaqdır. O, bu məsələ barəsində ancaq özü haqqında fikir söyləyə bilər. Lakin hesab edirəm ki, onun bütün Parlamentin adından danışmaq və ölkədə keçirilmiş seçkilərə kölgə gətirmək cəhdi radikal müxalif düşüncəsindən irəli gəlir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili hesab edir ki, Erkin Qədirli qeyd etdiyi kimi əyri yollarla seçilibsə, onun dairəsində keçirilmiş seçkinin nəticələri yenidən araşdırılmalıdır:

“Qeyd etmək istəyirəm ki, Milli Məclisə seçkilər demokratik şəraitdə keçirilmiş və seçkidə iştirak edən beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir. Həm də seçkilər zamanı Exit-poll müstəqil müşahidə qrupu tərəfindən keçirilən monitorinqlər də seçkinin nəticələrinə uyğun olmuşdur. Hesab edirəm ki, Erkin Qədirlinin radikal müxalif yanaşması Milli Məclisə keçirilən seçkilərə kölgə sala bilməz və demokratik yolla seçilmiş Parlamentimizə heç bir aidiyyatı yoxdur. Əgər o saxta yolla seçilibsə və onu etiraf edərək düzlükdən danışırsa, özündə cürət tapıb Parlamentdə oturmamalı və Parlamentin imtiyazlarından istifadə etməməli idi”.

//Gülnarə Abasova, Editor.az