“Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçir”-Cəbhədə olan beynəlxalq jurnalistlər Editor.az-a danışdıbackend

“Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçir”-Cəbhədə olan beynəlxalq jurnalistlər Editor.az-a danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı beynəlxalq reaksiyalar gəlməkdə davam edir. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlərin fonunda, Ermənistanın bütün hərbi qanunları heçə sayara, mülki əhalini hədəf seçməsi yerli və beynəlxalq ictimaiyyətdə böyük təpkiyə səbəb olub. Ermənistan bunu təkzib etməyə çalışsa da, düşmənin barbarlığı faktlarla sübut olunur.

Editor.az hazırda cəbhə xəttində döyüşləri izləyən xarici jurnalistlərlə əlaqə saxlayaraq, onların bölgədəki vəziyyətlə bağlı fikirlərini öyrənib.

Ömər Xaşram(“Əl-Cəzirə”)

Dünən Tərtər bölgəsində gedən döyüşləri izləyirdik. Həqiqətən Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçir. Biz orada canlı şahidi olduk ki, bombalar necə mülki əhalinin üzərinə yağdırılır. Vurulan evləri, sadə insanların qan izlərini gördük. Qadınların, uşaqların, yaşlıların yaşadığı evlərin necə vurulduğuna şahidlik etdik. Azərbaycan Ordusu ciddi şəkildə qarşı tərəfə lazımi cavab verir.

Ancaq ermənilər sosial mediada və xarici mətbuatda bizim gözümüzlə gördüyümüz faktları təkzib etməyə çalışırlar.

Hesab edirəm ki, hazırda bütün Türk-Müsəlman dünyası Azərbaycanın haqq işini dəstəkləyir. Bir çox müsəlman ölkələrində sosial mediada insanlar Azərbaycanı dəstəklədiyini bəyan edirlər. Hesab edirəm ki, bu Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir. Allah Azərbaycana və xalqına kömək olsun!

Fuat Kozluklu (TRT Haber)

Tərtərdə Ermənistanın mülki şəxslərə qarşı hücumlarını müşahidə etdik. Mülki yaşayış yerlərinə etdiyi hücumlarla Ermənistan alçaq üzünü bir daha ortaya çıxardı. Mülki şəxslərin yaşadığı yerlər bilərəkdən top atəşinə tutulub. Bu erməni əsgərlərinin vicdandan uzaq olduğunu göstərir. İnsanlara məxsus evlər ağır ziyan görüb. Yerlərdə oyuncaqlara rast gəldik. Şübhəsiz ki, atılan top atəşləri kiçik ürəklərdə dərin travmalara yol açacaq.

Azərbaycan öz torpaqlarını müdafiə edir və düşmən layiqli cavab alır. Ancaq Ermənistanın hücumlarına dünya ölkələrinin “dur” deməməsi, susması çox təəccüblüdür. Türkiyə Azərbaycanın haqlı davasını müdafiə edir.