Ermənistan milli komandasının keçmiş futbolçusu Armen Fişyan Stavropol diyarında ölümlə nəticələnən qəzaya görə mühakimə olunub.
Editor.az bildirir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti yazıb. Məlumdur ki, 2024-cü ilin martında Armen idarə etdiyi “Mercedes” markalı avtomobillə yol polisi müfəttişini və saxlanılan avtomobilin sahibini vurub. Hər ikisi yerindəcə keçinib.
Məhkəmə Fişyanı yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilib və 11 il müddətinə azadlıqdan məhrum edib. Onu da əlavə edək ki, futbolçu peşəkar karyerasını 2016-cı ildə başa vurub.
//Samir Qurbanov, Editor.az