Ermənistan ombudsmansız qaldıbackend

Ermənistan ombudsmansız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Ombudsmanı rəsmən vəzifəsini tərk edib.
Ermənistan parlamenti Ombudsman Kristin Qriqoryanın səlahiyyətlərinə xitam verib.

Editor.az bildirir ki, qərarı Milli Assambleyanın vitse-spikeri Akop Arşakyan imzalayıb. Bir gün əvvəl Qriqoryan istefa ərizəsi verib. Buna səbəb iş yerinin dəyişməsi olub. Bu gün hüquq müdafiəçi bunu yenidən edib ki, bu da Ermənistan qanunlarına görə, onun səlahiyyətlərinin avtomatik dayandırılması deməkdir. Mətbuat Qriqoryanın Ali Məhkəmə Şurasında işləyəcəyini yazır.

Xatırladaq ki, Ermənistan parlamenti ötən il yanvarın 24-də Kristin Qriqoryanı İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsinə seçib.

//Samir Qurbanov,Editor.az