Ermənistanda gərginlik artır: “Rəsmi Bakının fors-major hallar üçün konkret planları mövcuddur”backend

Ermənistanda gərginlik artır: “Rəsmi Bakının fors-major hallar üçün konkret planları mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həqiqətən də Ermənistanda gərginlik artan templə inkişaf edir. Son günlər keşiş Qalstyana dəstək verənlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mitinqlərin hakimiyyət dəyişikliyinə gətirəcəyini proqnozlaşdırmaq çətindir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ermənilərdən daha çox, xarici faktorlardan aslıdır:

“Paşinyan ABŞ başda olmaqla kollektiv Qərb tərəfindən, müxalifət isə, Rusiya tərəfdən dəstəklənir. Hansı geosiyasi güc, öz proksilərinə çox dəstək verəcəksə, o da prosesdən qalib çıxacaq. Keşiş sadəcə üzdə olandır. Onun arxasında kriminal Qarabağ klanı, erməni kilsəsi, millətçi-daşnaklar və revanşist qüvvələr durur. Cəmiyyət iki fərqli qütblərə bölünüb. Düşünürəm ki, etiraz aksiyaları davam edəcək. Söhbət bütövlükdə Ermənistanın xarici siyasət vektorunun dəyişməsindən gedir. Təbii ki, müharibə partiyasının hakimiyyətə gəlməsi gərginliyin artmasına səbəb olacaq və regionumuz üçün yeni təhlükələr yaradır. İstənilən halda, Azərbaycan dövləti buna hazırdır. Əminəm ki, rəsmi Bakının fors-major halları üçün konkret planları mövcuddur”.

//Gülnarə Abasova, Editor.az