Erməni bloger həyəcan təbili çaldı: “Onlar ölkəyə girirlər!”backend

Erməni bloger həyəcan təbili çaldı: “Onlar ölkəyə girirlər!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni bloger Roman Baqdasaryan Ermənistan ictimaiyyətinə müraciət edib və Qarabağ klanı üzvlərinin ölkəyə soxulmasının təhlükələri barədə xəbərdarlıq edib.

O, bu barədə feysbuk hesabında yazıb.

“Müharibədən üç il keçib. Qarabağdan böyük satqın axını var – Araikin “məmurları”, “generallar” və həbsxanadan çıxan qatillər Ermənistana qaçır, burada azad şəkildə gəzirlər.

Biz hamının Qarabağdan Ermənistana gəlməsinə icazə veririk? Niyə heç kim soruşmur, Samvel Oqanovskinin Ermənistanda nə işi var?!

Ermənistan iş başında olmayan insanların maaşını necə ödəyir? Onlar Ermənistanda kef çəkirlər. Niyə Bako və Araikin əmri ilə həbsxanalarda insanları öldürən həmin ermənilər İrəvanda sakitcə gəzirlər? İnsanlara cinayət işi açılır, ittiham olunurlar, ancaq Ermənistanda rahat gəzirlər”,- R.Baqdasaryan deyib.

Globalinfo.az