“Son üç ildə Ermənistan Azərbaycanla şərti sərhəddə misli görünməmiş həcmdə istehkam işləri aparıb”.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə parlamentin iclasında hakim “Vətəndaş Sazışi” partiyasının deputatı Armen Xaçatryan bildirib.
O, bu barədə nədənsə az danışıldığını vurğulayıb. Deputat etiraf edib ki, işlərin hələ tam yerinə yetirilmədiyi sahələr var.
Parlamentarinin sözlərinə görə, bu həcmdə işləri bir və ya iki ilə tamamlamaq mümkün deyil.