Erməni deputat: “Ermənistanda anarxiya hökm sürür”backend

Erməni deputat: “Ermənistanda anarxiya hökm sürür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində müxalif “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində canlı yayımda Ermənistanda anarxiyanın hökm sürdüyünü deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu anarxiya şəraitində tapıla bilməz. Yalnız parlamentdə istənilən vacib qərar qəbul edilə bilər.

Marukyan həmçinin, nümayişçiləri deputatların parlamentə girməsinə mane olmamağa səsləyib.

“Hakim “Mənim addımım” fraksiyasının deputatlarını parlamentə gəlməyə və parlamentin növbədənkənar iclasını keçirməyə çağırıram”, – deyə Marukyan qeyd edib.