Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”backend

Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.

Editor.az xəbər verir ki, bunları Ermənistan parlamenti fraksiyasının deputatı Artur Kazinyan özünün feysbukdakı səhifəsində yazıb.

“Niyə indi, bazar gecəsi..? Bir şey şübhəsizdir – Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.

Biz ayıq-sayıq və tədbirli olmalıyıq. Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi qaldırılıb”, – Kazinyan sosial şəbəkədə yazıb.

//Report