Ötən gün Kornidzora gələn “Səlibçilər” dəstəsi hazırda başqa mövqedə qərarlaşıb.
Bu barədə sözügedən dəstənin komandiri Sərkis Poqosyan danışıb.
“Biz heç bir qanunsuz fəaliyyət törətməyəcəyik. Bizə bir neçə gün verin. Biz vəziyyəti gərginləşdirməmək üçün Kornidzorun mövqelərindən bir qədər uzaqlaşmışıq”.
Kəndin rəhbəri Arşak Karapetyan da bildirib ki, dəstə üzvləri dünən ərazini tərk ediblər:
“Dünən gəldilər və getdilər. Onlarla 10 dəqiqəlik görüşüm oldu. Bilmirəm, qayıdacaqlar, ya yox”.
Xatırladaq ki, ermənilərdən ibarət “Səlibçilər” dəstəsi avqustun 8-də Ermənistan hökuməti binası qarşısında aksiya keçirib. Onlar Nazirlər Kabinetindən Laçın yolunun açılmasını tələb ediblər. Əks halda dəstə üzvləri yolu güc tətbiq etməklə açacaqlarını iddia ediblər.
Globalinfo.az