Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdübackend

Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun hərbçisi Azərbaycanla sərhəd Tavuş vilayətində minaya düşüb.

Editor.az  APA-ya istinadən bildirir ki, hadisə gecə olub.

Yaralı hərbçi İcevan xəstəxanasına çatdırılıb.

Onun hər iki ayağının amputasiya edildiyi bildirilir. Hərbçinin əməliyyatdan sonra “Muratsan” mərkəzi klinik hospitala yerləşdirildiyi bildirilir.